Bank Of Baku

Pentaqonun 2010-cu il üçün büdcəsi 537 milyard dollar olacaq

Pentaqonun 2010-cu il üçün büdcəsi 537 milyard dollar olacaq
# 26 fevral 2009 07:47 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Müdafiə Nazirliyinin 2010-cu maliyyə ili üçün büdcəsi təxminən 537 milyard dollar təşkil edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Nümayəndələr Palatasında hərbi xərclərə nəzarət edən Con Merta deyib. O, İraq və Əfqanıstandakı əməliyyatlara ayrılacaq vəsaitin bu məbləğə daxil olub-olmadığını bilmədiyini söyləyib. Prezident Barak Obama bu gün 2010-cu ilin dövlət büdcəsi haqqında hesabatı Konqresə təqdim etməlidir. Büdcə kəsirinin 1,3 trilyon dollar təşkil edəcəyi gözlənilir. B. Obama 2013-cü ilə qədər kəsiri 533 milyard dollara endirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR