Bank Of Baku

ABŞ-da iki tələbə qətlə yetirilib

ABŞ-da iki tələbə qətlə yetirilib
# 28 fevral 2009 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA. ABŞ-ın Florida ştatının sakini ölkədə tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alan iki Çili vətəndaşını qətlə yetirib. APA-nın «Frans-Press» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində tələbələrə atəş açan amerikalı daha üç çililini yaralayıb.
Polisin məlumatına görə, 60 yaşlı Floridalı Denni Barker çilili tələbələrin yaşadığı evə yaxınlaşaraq onlara pəncərədən tüfəngdən atəş açıb. Nəticədə, 23 yaşlı Nikolas Korp və 22 yaşlı Rasine Balbotin aldığı yaralardan yerindəcə keçinib. Yaralanan daha üç çilili xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qatil hadisə yerində həbs edilib, lakin hadisənin səbəbləri hələ aydın deyil.
Çilinin dövlət rəsmiləri öz vətəndaşlarının qətli ilə bağlı artıq münasibət bildiriblər. Belə ki, ölkə hökumətinin baş katibi Fransisko Vidal hadisəni faciə adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR