Bank Of Baku

Kaliforniyada fövqəladə vəziyyət elan olunub

Kaliforniyada fövqəladə vəziyyət elan olunub
# 28 fevral 2009 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA. ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneqqer ştatda uzun müddət sürən quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. Bununla yanaşı, su təchizatında məhdudlaşmanın tətbiq edilməsi planlaşdırılır.
APA-nın «Reiters»ə istinadən verdiyi məlumata əsasən, artıq ardıcıl olaraq üçüncü ildir ki, ştatda quraqlıq müşahidə olunur və qubernatorun sözlərinə görə, bunun davam edəcəyi ehtimalları yüksəkdir.
Bununla bağlı qubernator sakinləri su istehlakını 20% azaltmağa çağırıb və quraqlıq vəziyyətində suyun qənaəti məsələsinin çox aktual olduğunu vurğulayıb.
Qeyd olunur ki, mart ayın sonuna kimi qubernatora suyun istehlakının nəticələri ilə bağlı məruzə ediləcək və əgər nəticələr qənaətbəxş olmasa, ştatın su təchizatı məhdudlaşdırılacaq.
Ekspertlər bildirirlər ki, Kaliforniya ilk dəfə deyil, quraqlığa məruz qalır, lakin builki vəziyyət daha acınacaqlıdır. Belə ki, quraqlıq nəticəsində Kaliforniya ştatının büdcəsi artıq 3 mlrd. dollara yaxın vəsait itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR