Bank Of Baku

ABŞ administrasiyası Corc Buşun məxfi direktivlərini açıqlayıb

ABŞ administrasiyası Corc Buşun məxfi direktivlərini açıqlayıb
# 03 mart 2009 11:38 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ administrasiyası sabiq prezident Corc Buşun dövründə Ağ Evdən Ədliyyə Nazirliyinə göndərilən məxfi direktivləri dərc edib. APA-nın məlumatına görə, 11 sentyabrdan sonra göndərilən direktivlər beynəlxalq terrorçuluğa qarşı mübarizə məqsədilə vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu sənədlər Obama administrasiyasının terrorçuluğa qarşı mübarizə siyasətinə yenidən baxılması fonunda dərc olunub. Dərc olunan məxfi direktivlərdə bildirilir ki, icraedici hakimiyyət terrorçuluğa qarşı müharibə şəraitində axtarış və telefon dinləmələri keçirmək üçün məhkəmə qərarı olmadan əlavə səlahiyyətlər almalıdır. Daha bir məxfi sənəddə Mərkəzi Kəşfiyyat İdarəsinin potensial terrorçuların istintaqını əks etdirən 100-dək videoyazını məhv etdiyi bildirilir. Bu addımın dustaqlara işgəncə verilməsi faktını üst-basdır etmək məqsədilə atıldığı güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR