Bank Of Baku

Amerikalı konqresmen həmkarlarını ABŞ-Türkiyə münasibətlərini qorumağa çağırıb

Amerikalı konqresmen həmkarlarını ABŞ-Türkiyə münasibətlərini qorumağa çağırıb
# 04 mart 2009 13:37 (UTC +04:00)
APA-nın məlumatına görə, Bill Şusterin Nümayəndələr Palatasının 434 üzvünə göndərdiyi müraciətdə bildirilir ki, Türkiyə Amerika qoşunlarının İraqdan çıxarılması prosesində mühüm rol oynayır, həmçinin Vaşinqtonun Əfqanıstandakı əməliyyatlarına tam dəstək verir. Bill Şusterin bu müraciəti erməni lobbisinin qondarma “erməni soyqırımı” haqqında qətnamə layihəsini ABŞ Konqresinin gündəliyinə daxil eləməyə can atması ilə bağlıdır.

ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şif Amerika Erməni Milli Komitəsinin 75 üzvü ilə görüşü zamanı qətnamə layihəsini gündəliyə salmağa söz verib. O bildirib ki, türk lobbisi hər bir vəchlə buna qarşı çıxmağa çalışır: “Ümidvaram ki, Türkiyənin ciddi müqavimətinə baxmayaraq, “Birinci Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında ermənilərin soyqırımına məruz qalması barədə” qanun layihəsi Konqres tərəfindən qəbul olunacaq və prezident Obama tərəfindən imzalanacaq. Konqresdəki həmkarlarım çox gözəl bilirlər ki, erməni soyqırımı tarixi faktdır və Barak Obama da bu fikirlə razıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR