Bank Of Baku

Corc Buşun anası ürəyindən əməliyyat olunub

Corc Buşun anası ürəyindən əməliyyat olunub
# 05 mart 2009 07:22 (UTC +04:00)
Bakı - APA. ABŞ-ın keçmiş prezidenti böyük Buşun həyat yoldaşı, kiçik Buşun anası Barbara Buş ürəyindən əməliyyat olunub. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, xanım Buşu Hyustondakı Metodik Xəstəxanada əməliyyat edən həkim Cerald Louri bildirib ki, aorta klapanın protezləşdirilməsi çox uğurlu keçib. Həkim pasiyentinin tam sağalacağını və yaxın vaxtlarda normal həyata qayıdacağını deyib.

Qeyd edək ki, B. Buş 2008-ci ilin noyabrında mədən xorasına görə əməliyyat olunub. Həmin əməliyyat da eyni xəstəxanada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR