Bank Of Baku

Hillari Klinton Rusiyanı ABŞ-ın raket hücumundan müdafiə layihəsində iştiraka razı salmaq istəyir

Hillari Klinton Rusiyanı ABŞ-ın raket hücumundan müdafiə layihəsində iştiraka razı salmaq istəyir
# 05 mart 2009 07:48 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ dövlət katibi Hillari Klinton Rusiyanı ölkəsinin raket hücumundan müdafiə layihəsində iştiraka razı salmaq niyyətindədir. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, H. Klinton Rusiya ilə daha sağlam və məzmunlu dialoq qurmaq istədiklərini deyib: “Mənə elə gəlir ki, onlar bu layihənin Rusiyaya qarşı yönəlmədiyini anlamağa başlayıblar”.

Xatırladaq ki, “The New York Times” qəzeti ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Dmitri Medvedevə Şərqi Avropada raket hücumundan müdafiə sistemləri yerləşdirilməsindən imtinanın əvəzində İranın nüvə proqramı probleminin həllində əməkdaşlıq təklif etdiyini yazıb. Ancaq hər iki dövlətin rəsmiləri bu xəbəri təkzib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR