Bank Of Baku

Çarli Çaplinin oğlu vəfat edib

Çarli Çaplinin oğlu vəfat edib
# 06 mart 2009 13:09 (UTC +04:00)
Kaliforniya-APA. Əfsanəvi aktyor Çarli Çaplinin oğlu Sidney Çaplin 82 yaşında vəfat edib. APA-nın məlumatına görə, Sidney Çaplin bir müddət əvvəl keçirdiyi insult nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Sidney Çaplin əfsanəvi aktyorun ikinci həyat yoldaşından olan ikinci oğludur. Onun Çarli Çaplin adının daşıyan ilk övladı 1968-ci ildə 43 yaşında vəfat edib.

Atası kimi aktyorluq peşəsinə yiyələnən Sidney Çarli Çaplinin iki filmində rol alıb. Lakin o aktyor kimi Hollivudda deyil, Nyu-York Musiqi Teatrında şöhrət qazanıb. “Zəng çalışınr” adlı Brodvey müziklində roluna görə Sidney Çaplin 1956-cı ildə “Toni” mükafatına layiq görülüb. O həmçinin 2003-c ü ildə atasından bəhs edən “Çarli: Çarli Çaplinin həyat və yaradıcılığı” filmində də rol alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR