Bank Of Baku

Silah alveri ilə məşğul olan Ermənistan vətəndaşı ABŞ məhkəməsinin hökmü ilə 22 il müddətinə azadlıqdan məhrum edilib

Silah alveri ilə məşğul olan Ermənistan vətəndaşı ABŞ məhkəməsinin hökmü ilə 22 il müddətinə azadlıqdan məhrum edilib
# 07 mart 2009 07:17 (UTC +04:00)
APA-nın “Lenta.ru” saytına istinadən yaydığı məlumata görə, 30 yaşlı Artur Solomonyan 2003-cü ildə özünü silah alıcısı kimi təqdim edən Federal Təhqiqat Bürosunun əməkdaşı ilə əlaqə quraraq ona çoxlu sayda avtomat silah və digər atıcı silahlar gətirməyə söz verib. Daha sonra o vədinə əməl edərək ABŞ-a qanunsuz yolla silah gətirib. İstintaq zamanı erməni Solomonyan və onun şəriki – Cənubi Afrika Respublikası vətəndaşı olan Kristian Spaysın ABŞ ərazisində zenit-raket kompleksi, tank əleyhinə raketlər, qumbaraatanlar və sovet istehsalı olan digər silahlar satmağa cəhd göstərdiyi də müəyyənləşib. Solomonyan, Spays və cinayətkar dəstənin digər 4 üzvü 2005-ci ildə həbs olunub, 2007-ci ildə onlara qarşı silah qaçaqmalçılığı ilə məşğul olmaq və silah qaçaqmalçılığı məqsədilə cinayətkar dəstə formalaşdırmaq ittihamı irəli sürülüb. Solomonyanla birlikdə dəstəyə rəhbərlik edən Spaysa hökm bir müddət sonra oxunacaq. Məhkəmədə son söz söyləyən Artur Solomonyan bu addımı “Qreen kard” almaq məqsədilə atdığını deyib: “Mən Nobel mükafatı almağı arzulayırdım. Ola bilər ki, özümə həddən artıq güvənirəm. Başa düşürdüm ki, heç nə alınmayacaq, amma bu iş silah alverindən çox-çox əvvəl başlayıb”. Qeyd edək ki, Artur Solomonyanın dəstəsinə 3 Gürcüstan və 1 Ukrayna vətəndaşı daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR