Bank Of Baku

Quantanamo məhbusları 11 sentyabr terror aktını törətdiklərini etiraf ediblər

Quantanamo məhbusları 11 sentyabr terror aktını törətdiklərini etiraf ediblər
# 10 mart 2009 09:17 (UTC +04:00)
Kuba-APA. Quantanamo həbsxanasında saxlanan beş məhbus 11 sentyabr hadisələrinə görə məsuliyyəti öz üzərinə götürüblər. APA-nın məlumatına görə, bu məhbuslar 11 sentyabr hadisələrini törətdiklərinə dair etiraf kağızı imzalayıb və əməllərindən peşman olmadıqlarını vurğulayıblar. Onların sırasında Xalid Şeyx Məhəmməd də var. Məhbusların etirafı martın 5-də məhkəməyə təqdim edilib. Məhbuslar Quantanamo hərbi komissiyasına bildiriblər ki, 11 sentyabr hadisələrini əzabkeş ölüm aktı kimi planlaşdırıblar.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Quantanamo həbsxanasından 520 məhbus azadlığa buraxılıb. Hazırda bu həbsxanada 250 məhbus saxlanır, Pentaqon onların 60-nı azadlığa buraxmağa hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR