Bank Of Baku

Barak Obama İrana qarşı saksiyaların müddətini uzadıb

Barak Obama İrana qarşı saksiyaların müddətini uzadıb
# 13 mart 2009 07:28 (UTC +04:00)
Amerika qanunvericiliyinə əsasən, ölkə prezidenti əvvəl qoyulmuş sanksiyaların müddətini hər il rəsmi olaraq uzatmalıdır. Əks halda, sanksiyalar avtomatik olaraq qüvvədən düşür.

Obamanın müddətini uzatdığı sanksiyalar 1995-ci ildə Klinton administrasiyası tərəfindən tətbiq edilib. Sanksiya tətbiq edilərkən İranın terroru dəstəklədiyi, həmçinin kütləvi qırğın silahı hazırladığı əsas götürülüb. Sanksiyalar Amerika şirkətlərinə İranın neft sənayesinin inkişafında iştirakı qadağan edir, habelə İranla ticarəti və bu ölkəyə investisiya qoyuluşunu məhdudlaşdırır.

İrana qarşı ilk sanksiya 1979-cu ildən tətbiq olunub. O vaxtdan bu sanksiyalar mütəmadi olaraq uzadılır və genişləndirilir.

Qeyd edək ki, sanksiyaların əsas məqsədi İranda nüvə texnologiyasının inkişafı istiqamətində işlərin aparılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR