Bank Of Baku

Nyu-York su altında qala bilər

Nyu-York su altında qala bilər
# 17 mart 2009 09:06 (UTC +04:00)
Nyu-York-APA. Nyu-York meqapolisi yaxın 100 il ərzində su altında qala bilər. APA-nın məlumatına görə, qlobal istiləşmənin nəticələrini araşdıran Florida Universitetinin alimləri bu qənaətə gəliblər. Nyu-York əsasən adalarda və dəniz səviyyəsində 5 metr hündürdə yerləşir. Bununla belə Manxettenin sahil xətti bəzi yerlərdə dəniz səviyyəsindən cəmi 1,5 metr hündürdədir. Bu səbəbdən qlobal istiləşmə nəticəsində Nyu-Yorkun su altında qalması riski London, Tokio, Sidney, Mayami və San-Fransiskoya nisbətən daha çoxdur. Alimlər hesab edir ki, yaxın 100 il ərzində Qrenlandiya və Antartikanın buzlaqlarının əriməsi nəticəsində Atlantik okeanın səviyyəsi qalxacaq. 2100-cü ildə okeanın səviyyəsinin 51 santimetr qalxacağı gözlənir ki, bu da təkcə Nyu-Yorkun deyil, Vaşinqton və Bostonun da su altında qalması riskini artırmış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR