Bank Of Baku

Corc Buş prezidentliyi dövründə qəbul etdiyi 12 çətin qərara dair memuar yazacaq

Corc Buş prezidentliyi dövründə qəbul etdiyi 12 çətin qərara dair memuar yazacaq
# 19 mart 2009 07:53 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş prezidentliyi dövründə qəbul etdiyi ən çətin qərarlara dair xatirələrini memuar şəklində qələmə almaq niyyətindədir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Qərar qəbulu nöqtələri” (“Decision Points”) adlanacağı gözlənilən kitabın 2010-cu ildə nəşr olunması planlaşdırılır. C. Buş kitabında Əfqanıstan və İraqa hərbi müdaxilə, eləcə də 11 sentyabr və “Katrina” qasırğası zamanı atdığı addımlar haqqında danışacaq. O, içkini buraxması, Allaha inanmağa başlaması və prezident olmağa necə qərar verməsi barədə də oxuculara məlumat verəcək. Memuarlarda ümumən C. Buşun 12 çətin qərarından bəhs olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR