Bank Of Baku

Amerikada 1 qəpiyə səhər yeməyi

Amerikada 1 qəpiyə səhər yeməyi
# 24 mart 2009 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. ABŞ-ın Klivlend şəhərində «Big Egg» restoranı müştərilərə 1 sentə (təxminən 1 qəpik) səhər yeməyi təklif edib. APA-nın məlumatına görə, həmin məbləğə müştərilər iki yumurta, kartofdan bişirilmiş kökə və qızardılmış çörək ala bilər. Restoranın bu təklifi bir həftə ərzində qüvvədə olacaq.
Qeyd edək ki, restoran sahibinin fikrincə, bu aksiya işsiz qalan adamlara çətin günlərdə köməklik etmək məqsədi daşıyır. Eyni zamanda, onlar bu cür addımla köhnə müştəriləri yenidən restorana cəlb edə biləcəklər, çünki «Big Egg» restoranı hər zaman məşhur olub, lakin uzunmüddətli fəaliyyətdən sonra 2000-ci ildə bağlanıb və yalnız 2009-cu ilin fevralında yenidən açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR