Bank Of Baku

Senator Levin: «Rusiyanın Qəbələ RLS-in birgə istifadəsinə dair təklifi ABŞ-ın radar potensialının güclənməsinə xidmət edir»

Senator Levin: «Rusiyanın Qəbələ RLS-in birgə istifadəsinə dair təklifi ABŞ-ın radar potensialının güclənməsinə xidmət edir»
# 24 mart 2009 11:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ İranın raket zərbələri təhlükəsinin qarşısının alınması ilə bağlı Rusiyadan tərəfdaşlıqla bağlı zəmanət almalıdır. Bununla yanaşı, rəsmi Vaşinqton Rusiyanın Qəbələ RLS-in birgə istifadəsinə dair təklifini qəbul etməlidir. APA-nın «Assosiated Press» agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin başçısı Karl Levin (Carl Levin) çıxış edib.
Senator bildirib ki, raket əleyhinə müdafiə sahəsində ABŞ-la Rusiya arasında əməkdaşlıqla bağlı müzakirələrin başlaması İran üçün ciddi bir xəbərdarlıq siqnalı olardı və iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan verərdi.
K.Levin həmçinin vurğulayıb ki, ABŞ-ın Qəbələ RLS-in birgə istifadəsi, habelə raketlərin buraxılması haqqında məlumatların mübadiləsi üzrə birgə mərkəzin yaradılmasına dair Rusiya ilə razılığa gəlməsi zəruridir. Çünki bu rəsmi Moskvanın bu təklifi ABŞ-ın radar potensialının gücləndirilməsinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR