Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Co Baydenin qızı kokain istifadə etməkdə günahlandırılır

ABŞ-ın vitse-prezidenti Co Baydenin qızı kokain istifadə etməkdə günahlandırılır
# 30 mart 2009 11:14 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın vitse-prezidenti Co Baydenin qızı kokain istifadə etməkdə şübhəli bilinir. APA-nın məlumatına görə, Nyu-Yorkda bir nəfərin 27 yaşlı Eşli Baydenin kokain iyləməsinin videogörüntülərini satmağa çalışdığı barədə şayiələr yayılıb. Bu videogörüntünün fraqmentləri “Nyu-York Post” qəzetinin əməkdaşlarına göstərilib. Qəzetin yazdığına görə videkadrları satmağa çalışan şəxs Eşli Baydenin kokain iyləmə səhnəsini Denver ştatında ziyafət zamanı lentə alıb. Videogörüntü 43 dəqiqə olsa da, jurnalistlərə yalnız kiçik bir fraqment nümayiş olunub. Lakin qəzet lenti almaqdan imtina edib. Satıcının maraqlarını müdafiə edən vəkil bildirib ki, görüntü leqal yolla çəkilib və Eşli Bayden həmin an onun lentə alındığından xəbəri olub. Kişi lentə görə qəzetdən ilkin olaraq 2 milyon dollar istəsə də, sonradan qiyməti 400 min dollaradək endirib. Bu hadisənin ABŞ-da böyük qalmaqala səbəb olacağı gözlənilir, çünki vitse-prezident ölkədə narkotik maddələr ticarətinə qarşı kəskin mübarizə aparan siyasətçilərdən biri kimi məşhurdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR