Bank Of Baku

Pan Gi Mun: “BMT minalardan təmizləmə fəaliyyəti çərçivəsində 50-dən artıq ölkədə fəaliyyət göstərir”

Pan Gi Mun: “BMT minalardan təmizləmə fəaliyyəti çərçivəsində 50-dən artıq ölkədə fəaliyyət göstərir”
# 01 aprel 2009 10:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. BMT-nin baş katibi Pan Gi Mun 4 aprel- Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə Və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə baş katib mina fəlakəti ilə üzləşən bir çox ölkələrdə olduğunu, münaqişələr sona çatdıqdan sonra on illərlə bərpa işlərinə maneçilik törədən, ətraf mühiti korlayan, ağır zədələrə və ölüm hallarına səbəb olan bu sursatların yaratdığı dağıntıları öz gözü ilə gördüyünü bildirib. Müraciətdə qeyd edilir ki, İraq, Sudan, Livan, Zimbabve, Əfqanıstan, Konqo kimi ölkələrdə mina təhlükəsizliyi şəraiti müxtəlif ola bilər. Lakin bütün hallarda fərqlənməyən nəticə insanların həyatlarından, yaxud əl və ya ayaqlarından məhrum olması təhlükəsidir. P.G.Mun son 20 il ərzində BMT-nin minalardan təmizləmə fəaliyyəti çərçivəsində 50-dən artıq ölkə və ərazilərdə çalışdığını da söyləyib: “Bu il Kolumbiya ştatının Kartagena əyalətində keçiriləcək Piyadalar Əleyhinə Minalara Qadağa haqqında sazişə baxış məqsədi daşıyan ikinci konfrans bu sazişə sadiqliyi yenidən təsdiq etməyə və bütün dünyada minalardan təmizləmə fəaliyyəti üzrə səyləri artırılmasına şərait yaradır. Mən ümid bəsləyirəm ki, bir zaman gələcək, bütün dünya mina və təhlükəli müharibə qalıqlarından azad olacaq. Lakin bu məqsədə çatmaq üçün bütün istiqamətlərdə gərgin birgə iş aparılmalıdır. Beynəlxalq Gündə gəlin, birlikdə həyatları xilas edən bu işdə öz öhdəliyimizə sadiqliyi bir daha təsdiq edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR