Bank Of Baku

ABŞ prezidenti Barak Obamanın Türkiyəyə rəsmi səfəri başlayır

ABŞ prezidenti Barak Obamanın Türkiyəyə rəsmi səfəri başlayır
# 05 aprel 2009 20:00 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə prezidentinin mətbuat mərkəzinin yaydığı açıqlamada qeyd olunub ki, bu səfər çərçivəsində “yarım yüzillikdən artıq bir dövrdə həyati əhəmiyyətli məsələlərdə bir-birinə dəstək və strateji müttəfiq olmuş Türkiyə və ABŞ arasındakı ikitərəfli əlaqələr”, həmçinin hər iki ölkənin ortaq gündəmində olan regional və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Obamanın Türkiyə səfəri sabah səhər saatlarında protokola uyğun olaraq, Ankarada Anıtqəbrin ziyarəti ilə başlanacaq. ABŞ prezidenti daha sonra Çankaya köşkündə həmkarı Abdulla Güllə görüşəcək, bundan sonra isə prezidentlərin birgə mətbuat konfransı olacaq.

Barak Obama daha sonra Türkiyə Böyük Millət Məclisinin spikeri Köksal Toptanla görüşəcək. ABŞ prezidentinin TBMM-də təmsil olunan müxalifət partiyalarının sədrləri ilə də görüşləri nəzərdə tutulub. Bundan sonra Obama TBMM-də 45 dəqiqəlik çıxış edəcək.

ABŞ prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla da görüşəcək. Bundan sonra isə o, İstanbula gedəcək.

Aprelin 7-də İstanbulda keçirilən Mədəniyyətlər İttifaqı toplantısına qatılacak Obama həmin gün də Türkiyəyə səfərini başa vuracaq.

Qeyd edək ki, Ankara və İstanbulda Obamanın gəlişi nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olacaq.

Obamanın gəlişi üçün Türkiyənin iki böyük şəhərində təhlükəsizlik məqsədi ilə ciddi tədbirlər görülüb. İstanbul valisi Müammər Gülər ABŞ prezidentinin səfəri ilə bağlı İstanbulda 8 min 800 təhlükəsizlik əməkdaşının cəlb edildiyini bildirib.

Bu gün isə Türkiyədə diqqəti çəkən Obamanın gəlişi ilə bağlı etiraz aksiyalarının keçirilməsi olub. Ankara və İstanbulda müxtəlif qruplar ABŞ əleyhinə şüarlar səsləndirərək, Obamanın Türkiyə ziyarətinə etirazlarını bildiriblər.

Etirazçılar ABŞ prezidentini Qəzza zolağında baş verənlərə reaksiya verməməkdə, Əfqanıstan üçün Türkiyədən daha çox əsgəri yardım istəməkdə, Ermənistanla Türkiyə arasında sərhəd qapılarını açdıqmaq istəyi ilə Türkiyəyə gəlməkdə, ABŞ-ın İrana hücum edərkən Türkiyə ərazisindən istifadə etmək istədiyini söyləməyə gəlməkdə ittiham ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR