Bank Of Baku

Boliviya prezidenti aclıq elan edib

Boliviya prezidenti aclıq elan edib
# 10 aprel 2009 07:47 (UTC +04:00)
La-Pas – APA. Boliviya prezidenti Evo Morales və onu dəstəkləyən həmkarlar təşkilatlarının liderləri aclıq elan ediblər. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, aclıq aksiyası yeni seçki qanununun qəbuluna mane olan müxalifətin mövqeyinə etiraz əlaməti olaraq keçirilir. Fevralın 7-də referendumda qəbul olunmuş yeni Konstitusiyaya əsasən dekabrın 6-da ölkədə prezident və parlament seçkiləri keçirilməlidir. Ancaq müxalifət hazırda parlamentdə müzakirə olunan seçki qanununun bəzi müddəaları ilə razı deyil və seçkiləri boykot etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR