Bank Of Baku

Barak Obamaya fəxri doktor dərəcəsinin verilməsindən imtina olunub

Barak Obamaya fəxri doktor dərəcəsinin verilməsindən imtina olunub
# 11 aprel 2009 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Arizona Dövlət Universiteti (ADU) ABŞ prezidenti Barak Obamaya fəxri doktor dərəcəsini verməkdən imtina edib.
APA-nın məlumatına görə, ənənəyə əsasən, fəxri doktor dərəcəsi ABŞ-ın ali məktəblərində çıxış edən siyasi xadimlərə verilir. ADU-nun rəhbərliyi imtinanın səbəbinin B.Obamanın ölkə prezidenti vəzifəsində hələ müəyyən qədər iş görməməsi ilə əlaqələndirir.
«Barak Obama ABŞ prezidenti vəzifəsində hələ özünü göstərməlidir və biz prezident müddətinin başlanmasının əvvəlində ona fəxri doktor dərəcəsini verməyəcəyik», - deyə ADU-nun nümayəndəsi xanım Şeron Kiler bildirib.
Qeyd edək ki, B.Obama bu ilin may ayında ADU-nun məzunlarına diplomların verilməsi ilə bağlı keçiriləcək təntənəli mərasimdə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR