Bank Of Baku

ABŞ alimləri nüvə başlıqlı raketləri Rusiyanın şəhərlərinə deyil, iqtisadi obyektlərinə tuşlamağı təklif edib

ABŞ alimləri nüvə başlıqlı raketləri Rusiyanın şəhərlərinə deyil, iqtisadi obyektlərinə tuşlamağı təklif edib
# 15 aprel 2009 09:31 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ nüvə başlıqlı raketlərini Rusiyanın iri şəhərlərinə deyil, 12 ən vacib iqtisadi obyektinə tuşlamalıdır. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu təklif Amerika Alimləri Federasiyası (FAS) adlı qurumun hesabatında əksini tapıb. Qəzet xatırladıb ki, federasiya 8 il əvvəlki hesabatında raketləri Rusiyanın 150-194 şəhərinə tuşlamağı təklif etmişdi. Yeni hesabatın müəlliflərinin fikrincə, raketlərin istiqamətinin dəyişdirilməsi nüvə müharibəsində insan itkilərinin sayını azaldacaq və Rusiyanın aparıcı sənaye obyektləri sıradan çıxarılmaqla bu ölkənin effektiv hərbi əməliyyat aparması əngəllənəcək. Həmin obyektlər “Qazprom”, “Rocneft”, “Rusal”, “Nornikel”, “Surqutneftqaz”, “Yevraz”, “Severstal”, eləcə də İtaliyanın “Enel” və Almaniyanın E. ON şirkətlərinin Rusiyadakı müəssisələridir. Bununla yanaşı, alimlər hesab edir ki, ABŞ digər nüvə dövlətləri ilə əməkdaşlıq şəraitində nüvə başlıqlarının sayını minimuma endirməli və tədricən nüvə silahlarını tamamilə ləğv etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR