Bank Of Baku

Yamaykada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib

Yamaykada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib
# 20 aprel 2009 11:18 (UTC +04:00)
Yamayka-APA. Yamaykanın Monteqo Bey hava limanında terrorçu havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsini ələ keçirib. APA-nın məlumatına görə, terrorçu içərisində 150 sərnişin olan təyyarəyə saxta sənədlərlə aeroport işçiləri üçün nəzərdə tutulan giriş vasitəsilə daxil olub. Silahla sərnişinləri hədələyən terrorçu onları qarət edib və əksəriyyətini yarım saat sonra azadlığa buraxıb. Hazırda təyyarədə 5 ekipaj üzvü qalıb, onları girov saxlayan terrorçu təyyarənin Kubaya istiqamət götürməsini tələb edir. Terrorçunun şəxsiyyəti müəyyənləşsə də, açıqlanmır. Hazırda şəxsi heyəti girov götürən şəxslə danışıqlar davam edir. Maraqlıdır ki, Yamayka aeroportu Karib dənizi regionunda ən müasir hava limanı hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR