Bank Of Baku

Hillari Klinton: “İrana qarşı çox sərt sanksiyalar hazırlanır”

Hillari Klinton: “İrana qarşı çox sərt sanksiyalar hazırlanır”
# 23 aprel 2009 08:40 (UTC +04:00)
Vaşinqton – APA. İran öz nüvə proqramını dayandırmaq barədə tələbləri rədd etməyə davam edərsə, ABŞ bu ölkəyə qarşı sərt sanksiyalar sisteminin tətbiqinə başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışında deyib. O, təkliflərin İran tərəfindən rədd ediləcəyi və ya danışıqlar prosesinin uğursuz nəticələnəcəyi ehtimalını nəzərə alaraq bu ölkəyə qarşı çox sərt və iflasa səbəb olacaq sanksiyaların əsaslarını işləyib hazırlamağa başladıqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR