Bank Of Baku

Nensi Pelosi: “Amerikanın erməni soyqırımını tanımasını vaxtı çoxdan çatıb”

Nensi Pelosi: “Amerikanın erməni soyqırımını tanımasını vaxtı çoxdan çatıb”
# 23 aprel 2009 10:27 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Nümayəndələr Palatasının “Cannon” iş ofisində uydurma “erməni soyqırımı” qurbanlarını anma mərasimi keçirilib. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, mərasimdə Nümayəndələr Palatasının sədri, demokrat Nensi Pelosi, ermənipərəst konqresmenlər, ABŞ-dakı erməni icmasının təmsilçiləri, erməni din adamları və Ermənistanın ABŞ-dakı səfiri Tatul Markaryan iştirak ediblər. N. Pelosi çıxışında bəyan edib ki, ABŞ-ın “erməni soyqırımı”nı tanımasının vaxtı çoxdan çatıb: “Tarix nəzərə alınmasa, keçmişdən dərs çıxarmaq mümkün olmaz. Biz liderlik göstərməliyik ki, bu insanlıq faciəsi bir daha təkrarlanmasın”. Toplantıda çıxış etməkdən qürur duyduğunu söyləyən N. Pelosi sözlərinin beynindən yox, qəlbindən çıxdığını vurğulayıb.

Nümayəndələr Palatasındakı demokrat çoxluğun lideri Steni Hoyer isə demokrat prezident Barak Obamanı “soyqırım”ı tanımağa çağırıb. O, Konqresə təqdim olunmuş “soyqırım” layihəsini dəstəklədiklərini açıqlayıb. Demokrat konqresmen Bred Şerman “Türkiyə keçmişini tanımazsa, heç vaxt modern bir ölkə və Amerikanın əsl dostu ola bilməyəcək”, deyib. Daha sonra Nümayəndələr Palatasındakı erməni qrupunun liderləri Frenk Pallone və Adam Şiff də çıxış edərək erməni yalanlarına əsaslanan məlum fikirlərini təkrarlayıblar. Səfir T. Markaryan isə bildirib ki, Ermənistan “soyqırım”ın tanınması və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələləri arasında seçimə məcbur edilməməlidir: “ABŞ-ın soyqırımı tanıması bütün dünyaya qüvvətli mesaj olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR