Bank Of Baku

Barak Obamanın Meksikaya səfəri zamanı görüşdüyü arxeoloq “donuz qripi”ndən ölüb

Barak Obamanın Meksikaya səfəri zamanı görüşdüyü arxeoloq “donuz qripi”ndən ölüb
# 27 aprel 2009 15:47 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Barak Obamanın Meksikaya səfəri zamanı salamlaşdığı arxeoloq Felipe Solis “donuz qripi” simptomları ilə dünyasını dəyişib. APA-nın xəbərinə görə, B. Obama aprelin 13-də Meksikaya səfəri zamanı Mexiko muzeyini gəzərkən F. Solis onu müşayiət edib. Alimin ölməsi ABŞ prezidentinin ətrafında narahatlığa səbəb olsa da, Ağ Ev B. Obamada “donuz qripi” əlamətlərinin olmadığını və analizə də ehtiyac duyulmadığını açıqlayıb. Budan başqa, ölkədə bu virusa tutulan 20 nəfərdən 19-nun sağaldığı, bir nəfərin isə hazırda müalicə olunduğu bildirilib.
Qeyd edək ki, Meksikada “donuz qripi”ndən 103 nəfər ölüb. Virus ABŞ, Yeni Zelandiya, İngiltərə, İsrail, İspaniya və Fransada da yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR