Bank Of Baku

Ağ Evdə müşavir vəzifəsində çalışan şəxsdə “donuz qripi” aşkarlanıb

Ağ Evdə müşavir vəzifəsində çalışan şəxsdə “donuz qripi” aşkarlanıb
# 01 may 2009 08:31 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Robert Gibbs açıqlayıb. Aprelin 28-də həkimlər Ağ Evdə müşavir vəzifəsində çalışan həmin şəxsin üç ailə üzvünü də müayinədən keçiriblər. ABŞ mediası müayinənin nəticələri haqda ziddiyyətli xəbərlər yayıb. “ABS News” və “The Washington Post” analizin pozitiv (virus var) çıxdığını bildiriblər, “Associated Press” isə qeyd edib ki, bəlkə də Ağ Ev məmuru ailə üzvlərini də yoluxdurub, amma hazırda həmin adamlar xəstə deyil. Adı açıqlanmayan bu dövlət məmuru enerji naziri Stiven Çunun Meksikaya səfərində də iştirak edib. S. Çunun özündə simptomlar aşkarlanmayıb. R. Gibbs B. Obamanın da hərtərəfli müayinədən keçirildiyini və narahatlığa əsas olmadığını söyləyib.

Qeyd edək ki, aprelin 30-na olan məlumata əsasən ABŞ-da 109 “donuz qripi”nə yoluxma haqlı qeydə alınıb. Meksikada virusa yoluxmuş iki yaşlı amerikalı körpə keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR