Bank Of Baku

ABŞ-ın diplomatik korpusu genişləndirilir

ABŞ-ın diplomatik korpusu genişləndirilir
# 09 may 2009 10:13 (UTC +04:00)
Vaşinqton - APA. ABŞ prezidenti Barak Obama Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) işçilərinin sayının 2013-cü ilədək artırılması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, B.Obamanın ölkənin dövlət büdcəsinə təklif etdiyi dəyişikliklərdən biri həmin qurumların işçilərinin təkcə 2010-cu ildə 1 226 nəfərə çatdırılmasını nəzərdə tutur. Ümumilikdə, perspektivdə, yəni 2012-ci ilədək Dövlət Departamentinin işçilərinin 25%, USAİD-in ştatının isə 2 dəfə artırması planlaşdırılır.

Qeyd edək ki, hazırda bu iki dövlət qurumunda 7,6 min işçi çalışır. ABŞ dövlət katibinin müavini Ceykob Lyunun sözlərinə görə, ölkənin xarici siyasət xidməti onun qarşısında olan vəzifələri yerinə yetirmək üçün kifayət qədər resurslara malik deyil ki, bu da işçilərin sayının artırılmasının əsas səbəbidir.

ABŞ-ın 2010-cu il dövlət büdcəsində Dövlət Departamenti və USAİD-in maliyyələşməsi üçün 59,3 mlrd. dolların ayırması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 4,1 mlrd. dollar çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR