Bank Of Baku

Haitidə vəba tüğyan edir

Haitidə vəba tüğyan edir
# 26 oktyabr 2010 00:17 (UTC +04:00)
Bakı-APA. Haitidə vəba epidemiyasından ölənlərin sayı artmaqdadır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, indiyə qədər açıqlanan məlumatlara əsasən, bu ölkədə vəbadan 250 nəfərdən artıq insan ölüb və 3 mindən çox insan vəbaya yoluxub.
Haitinin səhiyyə orqanları deyirlər ki, bazar günü vəbaya yoluxma hallarının az olduğu qeydə alınıb və bu da epidemiyanın səngiməsindən xəbər verə bilər.
Hərçənd digər məlumatlarda bu xəstəliyin hələ də ölkə əhalisi üçün ciddi təhlükə olaraq qaldığı deyilir.
Vəba epidemiyasının mərkəzi olan San-Mark şəhərinə baş çəkən Haiti prezidenti Rene Preval xəstəliyin yayılmasının qarşının alınmasında əhalinin düzgün məlumatlandırılmasını əsas amil adlandırıb.
O, deyib: "Əsas - məlumatdır, insanları məlumatlandırmaq lazımdır ki, onlar xəstəliyin əlamətləri peyda olanda zəruri olan tədbirləri görsünlər. Ona görə də indi əsas iş məlumatlandırma istiqamətində aparılmalıdır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR