Bank Of Baku

BƏƏ-dən ABŞ-a uçan sərnişin təyyarəsini qırıcılar müşayiət ediblər

BƏƏ-dən ABŞ-a uçan sərnişin təyyarəsini qırıcılar müşayiət ediblər
# 30 oktyabr 2010 01:54 (UTC +04:00)
Bakı-APA. ABŞ və Kanada Birləşmiş komandanlığının (NORAD) qırıcıları Birləşmiş Ərəb Əmirliklərindən Nyu-Yorka uçan təyyarəni müşayiət ediblər.

Bu qərar cümə günü Yəməndən Çikaqoya uçan təyyarədə şübhəli əşya tapıldıqdan sonra qəbul edilib.

«Qırıcılar təyyarəni yalnız içərisində Yəməndən gedən yük olduğuna görə müşayiət edirlər», FTB nümayəndəsi Riçard Kolko bildirib.

Təyyarə artıq Nyu-Yorkda insidentsiz enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR