Bank Of Baku

Obama: Şübhəli qutuların içərisində partlayıcı maddələr olub

Obama: Şübhəli qutuların içərisində partlayıcı maddələr olub
# 30 oktyabr 2010 02:55 (UTC +04:00)
Bakı-APA. Bir sıra Qərb ölkələrinin xüsusi xidmət orqanlarının əməkdaşlığı nəticəsində BƏƏ və Böyük Britaniya ərazisində Yəməndən ABŞ-ın yəhudi təşkilatlarının ünvanına göndərilən 2 partlayıcı qurğu ələ keçirilib. Bu məlumatı ABŞ prezidenti Barak Obama da təsdiq edib.

ABŞ lideri bildirib ki, kəşfiyyat ona daha öncədən bu əməliyyat barədə məlumat veribmiş.

«Əlavə yoxlama nəticəsində məlum oldu ki, BƏƏ və Böyük Britaniyada yoxlanılan qutularda həqiqətən də partlayıcı maddələr var», deyə Barak Obama bildirib.

Xatırladaq ki, cümə günü Böyük Britaniya hava limanında yoxlama zamanı təyyarədə içərisində məftilli kartric olan şübhəli paket aşkarlanıb. Yük Yəməndən ABŞ-a göndərilirmiş.

Yoxlanılan kartric uzaqdan idarə olunan olub. Bundan əlavə onun içində ağ toz aşkarlanıb.

Bu hadisədən sonra ABŞ-ın FedEx poçt-kuryer şirkəti Yəməndən bütün göndərilən əşya və məktublara embarqo qoyub.

İkinci şübhəli əşya Dubayda aşkar edilib. Hər iki əşya Çikaqonun yəhudi təşkilatlarına ünvanlanıbmış.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR