Bank Of Baku

ABŞ Senatına seçkilərdə demokratlar, Nümayəndələr Palatasına seçkilərdə isə respublikaçılar qalib gəlib

ABŞ Senatına seçkilərdə demokratlar, Nümayəndələr Palatasına seçkilərdə isə respublikaçılar qalib gəlib
# 03 noyabr 2010 07:35 (UTC +04:00)
Demokratlar Senatda 100 yerdən ən azı 51-nə sahibliyi təmin edib. Respublikaçılar isə əksər çoxluğu təmin edə bilməsələr də ötən seçkilərlə müqayisədə sahib olduqları mandatların sayını artırıblar. İlkin məlumata görə, respublikaçılar Senatda 46 mandat qazanıblar. Xatırladaq ki, buna qədər Senatda demokratlar 59, respublikaçılar isə 41 yerə sahib idi. Senatda öz kürsüsünü qoruyanlar arasında respublikaçı senator Con Makkeyn də var. O artıq beşinci dəfədir ki, bu posta seçkilərdə qalib gəlir. Maraqlıdır ki, prezident Barak Obamanın vətəni İllinoys ştatında demokratların namizədi Aleksi Cannulias respublikaçı Mark Kirkə uduzub.
Dünən keçirilən seçkilərdə Konqresin aşağı palatasının da tərkibi yenilənib. İlkin məlumata görə, respublikaçılar Nümayəndələr Palatasında çoxluğu təmin ediblər. Aşağı palatada respublikaçılar 225, demokratlar 150 yer qazanıblar. Bundan əvvəl 435 yerlik Nümayəndələr Palatasında demokratlar 255, respublikaçılar 178 yerə sahib idilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR