Bank Of Baku

Obama: «Partiyadaşlarımın məğlubiyyətini görmək çox ağır idi»

Obama: «Partiyadaşlarımın məğlubiyyətini görmək çox ağır idi»
# 04 noyabr 2010 04:15 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Konqresə keçirilmiş seçkilərdə bir çox partiyadaşlarının məğlub olmasını görməyin onun üçün çox ağır olduğunu bildirib.

«Ən ağırı möhtəşəm ictimai xadimlərin ölkəyə xidməti davam etdirmək imkanlarını itirmələrini görmək idi», deyə Obama etiraf edib.

O bildirib ki, bir çox məğlub olmuş konqresmen və senatorlarla söhbət edib. «Onların hamısı bildirdilər ki, mənim bəzi təşəbbüslərimi dəstəklədiklərinə görə qismən seçici dəstəyindən məhrum olsalar da bu addımlarına görə peşman deyillər», deyə prezident bildirib.

Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, seçkilərin nəticələri onu öz siyasətinə yenidən nəzər salmağa və nələri dəyişə biləcəyi barədə düşünməyə vadar edir.

ABŞ-da noyabrın 2-də Konqresə aralıq seçkilər keçirilib. Seçkinin nəticələrinə görə Demokrat partiyası Nümayəndələr palatasında çoxluğu itirsə də Senatda üstünlüyünü saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR