Bank Of Baku

Barak Obama Yaxın Şərq sülh prosesinə dair artmaqda olan narahatlığını dilə gətirib

Barak Obama Yaxın Şərq sülh prosesinə dair artmaqda olan narahatlığını dilə gətirib
# 10 noyabr 2010 00:50 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Yaxın Şərq sülh prosesinə dair artmaqda olan narahatlığını dilə gətirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Prezident İsrail və Fələstini etimad yaradılması sahəsində lazımi səylər göstərməməkdə günahlandırıb. İndoneziyada cıxış edən ABŞ dövlət başçısı deyib ki, İsrailin Şərqi Qüdsdə 1300 yeni mənzilin inşası planını sülh müzakirələri keçirilən bir vaxt yararsız fəaliyyət kimi qiymətləndirib. İsrail inşaat planını baş nazir Benyamin Netanyahunun 5 günlük Amerika səfərinin ikinci günü elan edib. Israilin bu qərarı həm Ağ Ev, həm də ABŞ Dövlət Departamenti tərəfindən narazılıqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR