Bank Of Baku

Fidel Kastro G20 sammitini tənqid edib

Fidel Kastro G20 sammitini tənqid edib
# 13 noyabr 2010 22:51 (UTC +04:00)
Bakı-APA. Kuba inqilabının lideri Fidel Kastro Seulda keçirilmiş G20 sammitinin yekunlarını tənqid edərək onu «böyük vəlvələ» adlandırıb.

G20 və Asiya Sakit okean iqtisadi əməkdaşlıq forumunun (ASİƏ) demək olar ki, eyni vaxtda keçirildiyini vurğulayan Kastro bu görüşlərdə «iqtisadiyyat və dünya maliyyəsinin fundamental məsələlərinin müzakirə olunduğunu» bildirib.

Kuba lideri qeyd edib ki, «dünya maliyyə məsələlərində həlledici hakimiyyətə malik BVF və Dünya bankının da öz sahibləri var - ABŞ».

Kastro həmçinin bu görüşlərdə yalnız həmin təşkilatların üzvlərinin iştirak etməsini tənqid edib.

«Dünya yalnız ASİƏ və G20-yə daxil olan 32 ölkədən ibarət deyil. BMT Baş Assambleyasında Kubanın blokadasına qarşı çıxış edən 187, onu dəstəkləyə 2, və bitərəf qalmış 3 ölkə nəticədə 192 dövlət deməkdir. Onlardan 160-ı üçün imperiyaların onların resurslarını necə talan eməsi və iqtisadi problemləri barədə söz deməyə tribunaları yoxdur», deyə Kastro bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR