Bank Of Baku

Çin ABŞ-ın Asiyadakı 6 iri bazasından 5-ini məhv edə bilər

Çin ABŞ-ın Asiyadakı 6 iri bazasından 5-ini məhv edə bilər
# 15 noyabr 2010 22:18 (UTC +04:00)
Bakı-APA. Hazırda Çin ABŞ-ın Asiyadakı iri 6 hərbi bazasından 5-ni raket zərbəsi ilə məhv etməyə qadirdir. ABŞ Konqresinin İqtisadiyyat və təhlükəsizlik sahələrində Amerika-Çin münasibətlərinə dair komissiyasının hesabatının müəllifləri bu fikirdədirlər.

Hesabat gələn həftə açıqlanmalıdır, lakin onun ayrıca müddəaları artıq mətbuatda özünə yer tapıb.

Hesabatda qeyd olunur ki, ABŞ hökuməti Çinin Şərqi Asiyada yerləşən Amerika hərbçilərinin hərəkət azadlığına təhlükə törətmək imkanlarının getdikcə artmasından narahatdır. «Çinlə münaqişə halında Asiyadakı təkcə ABŞ bazaları deyil, həm də aviadaşıyanları təhlükə altında olacaqlar», deyə hesabat müəllifləri bildirirlər.

Onların sözlərinə görə, Çin hərbçilərinin ixtiyarında 600 km-ə qədər mənzilli 1150 ballistik raket və 1,6 min km-dən 2,8 min km-ədək mənzilli 115 raket var. Bundan əlavə, çinlilərin 1,5 min km-ə uça biləcək 500 «Yer» tipli qanadlı raketi var. «Çin nəinki raketlərin sayını artırır, həm də onların uçuş mənzilini, dəqiqliyini və partlayıcı maddəsinin çəkisini artırır», deyə təhlildə qeyd olunur.

Hesabatda vurğulanır ki, Çin ABŞ-ın Cənubi Koreyadakı Osan və Kunsan, Yaponiyadakı Futemma, Misava və Yokota aviabazalarına zərbə endirə bilər. «Çin 3 min km məsafə aralıda yerləşən Quam adasındakı bazanı raketlərlə vura bilməsə də, daima müasirləşən bombardmançılarının köməyilə bunu edə bilər», deyə hesabat müəllifləri yazırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR