Bank Of Baku

Klinton: Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlar Kabilin maraqlarına cavab verir

Klinton: Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlar Kabilin maraqlarına cavab verir
# 16 noyabr 2010 01:24 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlar Kabilin maraqlarına cavab verir. Bu barədə jurnalistlərə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

Klinton Əfqanıstan prezidenti Həmid Kərzayın «ABŞ Əfqanıstan ərazisindəki qoşunlarının sayını azaltmalıdır» bəyanatını şərh edib. Dövlət katibinin fikrincə, silahlılara qarşı dəqiq hədəflənmiş əməliyyatların keçirilməsi hazırkı strategiyanın əsas komponentidir.

«Bu əməliyyatlar Əfqanıstan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilir. Şübhə yoxdur ki, əməliyyatlar qiyamçı şəbəkəyə və onun rəhbərliyinə ciddi təsir edirlər», deyə Klinton bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR