Bank Of Baku

Pentaqon rəhbəri: İrana qarşı hərbi zərbə Tehranı nüvə silahı əldə etməyə inandıracaq

Pentaqon rəhbəri: İrana qarşı hərbi zərbə Tehranı nüvə silahı əldə etməyə inandıracaq
# 16 noyabr 2010 18:05 (UTC +04:00)
Bakı-APA. ABŞ müdafiə naziri Robert Geyts İrana endiriləcək hərbi zərbənin İran xalqını birləşdirəcəyini və Tehranı nüvə silahı əldə etməyə inandıracağını bildirib.

Pentaqon rəhbərinin fikrincə, İranın nüvə silahını əldə etməməyi üçün qeyri-hərbi metodlardan istifadə etmək lazımdır.

Nazir əmindir ki, İrana qarşı hərbi kampaniya İslam Respublikasının nüvə dövlətinə çevrilməsini yalnız gecikdirə bilər.

Geyts həmçinin hesab edir ki, İrana qarşı beynəlxalq sanksiyalar ölkə prezidenti Mahmud Əhmədinecat və ali dini lider Ayətullah Əli Xameneyi arasında ciddi fikir ayrılığına səbəb ola bilər.

«Bizdə hətta məlumatlar var ki, Xameneyi Əhmədinecatın sanksiyaların iqtisadiyyata təsiri barədə ona yalan danışıb-danışmadığı və iqtisadi problemlər düzgün məlumat alıb-almadığı barədə ilə maraqlanır», deyə nazir bildirib.

ABŞ və digər Qərb ölkələri İranı nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bu ittihamları rədd edərək nüvə proqramının sırf dinc məqsədlərlə həyata keçirildiyini bildirir.

Dekabrın 5-də İranın vasitəçilərin «altılığı» (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) ilə növbəti danışıqları nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR