Bank Of Baku

Barak Obamanın Konqresin respublikaçı və demokrat liderləri ilə görüşü təxirə salınıb

Barak Obamanın Konqresin respublikaçı və demokrat liderləri ilə görüşü təxirə salınıb
# 17 noyabr 2010 22:50 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Konqresin respublikaçı və demokrat liderləri ilə görüşünü təxirə salıb. APA bu barədə voanews.com-a istinadən xəbər verir. Ağ Evin bəyanatında bildirilir ki, görüş cümə axşamı günü keçirilməli idi, lakin Senat və Nümayəndələr Palatasının respublikaçı liderlərinin xahişi ilə görüş noyabr ayının 30-a keçirilib. Görüş noyabr ayının 2-də keçirilən seçkilərin nəticəsi olaraq demokratların Nümayəndələr Palatasında nəzarəti və Senatda yer itirmələrindən sonra ilk görüş olacaq. Respublikaçılar prezidentlə müəyyən məsələlərdə ortaq zəmin əldə etmək istədiklərini desələr də, respublikaçı senator Mitç Makkonel cənab Obamanın səhiyyə qanunlarının ləvğinə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR