Bank Of Baku

Sara Peylin 2012-ci ildə Obamaya qalib gələcəyinə əmindir

Sara Peylin 2012-ci ildə Obamaya qalib gələcəyinə əmindir
# 18 noyabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. Alyaska ştatının keçmiş qubernatoru respublikaçı Sara Peylin 2012-ci ildə prezident seçkilərində iştirak edəcəyini və Barak Obamaya qalib gələcəyini istisna etməyib.

APA-nın məlumatına görə, Peylin 2008-ci ildə prezident seçkilərində Con Makkeynin vitse-prezidentliyə namizədi qismində iştirak edib. O zaman Makkeyn-Peylin cütlüyü Obama-Bayden tandeminə uduzmuşdu.

«Mən ölkəni müşahidə edirəm və indi nə baş verdiyini görürəm...Növbəti prezident seçkilərində iştirakın ölkəm, ailəm üçün yaxşı olub-olmayacağını təhlil etməyə çalışıram», deyə Peylin ABC telekanalına müsahibəsində bildirib.

Jurnalistin «Əgər iştirak etsəniz, Obamaya qalib gələ biləcəksiniz?» sualına Peylin «Məncə hə» cavabını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR