Bank Of Baku

Qayananın xarici işlər naziri ölkəmizin nümayəndəsini qəbul edib

Qayananın xarici işlər naziri ölkəmizin nümayəndəsini qəbul edib
# 18 noyabr 2010 20:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev 17-18 noyabr 2010-cu il tarixində Qayanaya etdiyi səfər çərçivəsində noyabr ayının 18-də Qayananın Xarici İşlər Naziri xanım Karolin Rodriqes-Birket ilə ikitərəfli görüş keçirib. Bu barədə APA-ya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən məlumat veriblər.

Görüşdə digər məsələlər ilə yanaşı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və müvafiq müqavilə hüquq bazanın təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

A.Mehdiyev ölkəmizdə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionumuzda mövcud olan vəziyyət barədə həmsöhbətə məlumat verib.

Səfir, həmçinin, həmsöhbətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə yönəltmiş və ölkəmizin məsələ üzrə məlum mövqeyini bir daha onun diqqətinə çatdırıb.

Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar və işğalçı siyasəti haqqında danışaraq, Azərbaycan nümayəndəsi Azərbaycanın və Qayananın üzvü olduğu İslam Konfransı Təşkilatının Ermənistanın bu cür siyasətini birmənalı tənqid edən ədalətli mövqeyindən məmnun qaldığını bildirib.

Bununla yanaşı, görüşdə üzv olduğu beynəlxalq təşkilatlarda maraq kəsb edən, vacib olan və prinsipial xarakter daşıyan məsələlərdə mövqelərimizin daha da yaxınlaşdırılması üçün məsləhətləşmələrin davam etdirilməsi və yüksək səviyyədə daimi əsasda görüşlərin keçirilməsi vacibliyi hər iki tərəfdən xüsusilə qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR