Bank Of Baku

ABŞ Əfqanıstandan qoşunlarını 2014-cü ildə çıxarmaya bilər

ABŞ Əfqanıstandan qoşunlarını 2014-cü ildə çıxarmaya bilər
# 19 noyabr 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandan qoşunların çıxarılmasının müzakirə olunacağı NATO liderlərinin sammiti ərəfəsində Pentaqon nümayəndələri bəyan ediblər ki, daha öncə qoşunların çıxarılacağı tarix kimi qeyd olunan 2014-cü ilə indi tam qətiləşmiş müddət kimi yox, təxmini plan kimi baxırlar.
Pentaqon nümayəndəsinin bildirdiyinə görə, onlar 2014-cü ildə əfqan qoşunlarının ölkənin böyük bir hissəsinə nəzarət etmək iqtidarında olacağına ümid edirlər, lakin ölkənin bütün rayonlarının qoşunların çıxarılması üçün təhlükəsiz olacağına əmin deyillər.

Belə olan halda ABŞ hərbi kontingenti Əfqanıstanda 2014-cü ildən sonra da qala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR