Bank Of Baku

ABŞ Cənubi Koreyaya hücumu KXDR rəhbərinin hakimiyyəti oğluna ötürməsi ilə bağlayır

ABŞ Cənubi Koreyaya hücumu KXDR rəhbərinin hakimiyyəti oğluna ötürməsi ilə bağlayır
# 25 noyabr 2010 02:22 (UTC +04:00)
Bakı-APA. ABŞ Koreya yarımadasında baş vermiş hərbi insidenti KXDR lideri Kim Çen İrinin hakimiyyəti oğlu KİM Çen Ina ötürməyə hazırlaşması ilə bağlı olduğunu düşüür. ABŞ SQ Qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri admiral Maykl Mallen belə bir bəyanatla çıxış edib.

«KXDR idarəetmə sistemi təhlükə aşılayır. KXDR prezidenti çox proqnozlaşdırılmayan və təhlükəli oğlandır. Bu hücum bizim fikrimizcə, onun hakimiyyəti 27 yaşlı oğluna verməyə hazırlaşması ilə bağlıdır», deyə Mallen bəyan edib.

Qeyd edək ki, noyabrın 23-də səhər Şimali Koreya istiqamətindən Cənubi Koreya tərəfə artilleriya atəşi açılıb. Cənubi Koreya hərbçiləri dərhal cavab atəşi açıblar. Şimaldan 200-ə yaxın, cənubdan isə 80 mərminin atıldığı bildirilir. Min nəfərdən çox əhalisi olan Enphendo arxipelaqının sakinləri yeraltı sığınacaqlara evakuasiya edilib.

Cənubi Koreyanın Enphendo arxipelaqının Koreya Xalq Demokratik Respublikasının ordusu tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 2 hərbçi, 2 dinc sakin həlak olub, 17 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR