Bank Of Baku

Meksikada məşhur narkobaron həbs edilib

Meksikada məşhur narkobaron həbs edilib
# 25 noyabr 2010 03:18 (UTC +04:00)
Bakı-APA. Meksika hüquq-mühafizə orqanları məşhur narkobaron Karlos Montemayoru saxlayıblar. Bu barədə federal polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə departamentinin rəhbəri Ramon Pekenyo məlumat verib.

Montemayor Meksikanın məşhur mafiya başçılarından «Barbi» ləqəbli Edqar Valdesin kürəkənidir. Ağ sifəti və göy gözlərinə görə bu ləqəbi almış Valdes avqustun sonlarında tutularaq ABŞ-a təhvil verilib. Onun karteldəki yerini Montemayor tutub.

Pekenyo bildirib ki, məşhur narkobaron və onun iki cangüdəni Santa-Fe rayonunda bir güllə belə atılmadan tutulublar.

Polisin məlumatına görə, Montemayorun Akapulkodakı oteldən Miçoakan ştatının 20 sakininin oğurlanması və vəhşicəsinə öldürülməsində əl iola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR