Bank Of Baku

BMT TŞ Kot-d’İvuara əlavə «mavi dəbilqəlilər» göndərəcək

BMT TŞ Kot-d’İvuara əlavə «mavi dəbilqəlilər» göndərəcək
# 25 noyabr 2010 04:17 (UTC +04:00)
Bakı-APA. Kot-d’İvuarda prezident seçkilərinin ikinci turu ərəfəsində BMT Təhlükəsizlik Şurası ora əlavə «mavi dəbilqəlilər»in göndərilməsi barədə qərar qəbul edib.

Təhlükəsizlik Şurası öz qətnaməsində Baş katib Pan Gi Muna BMT-nin Liberiyadakı missiyasından 4 atıcı bölüyü və 1 aviabölməni müvəqqəti olaraq Kot-d’İvuara göndərmək səlahiyyəti verib.

2010-cu il sentyabrın 29-da Təhlükəsizlik Şurası əlavə olaraq Kot-d’İvuara 500 sülhməramlı göndərib və oradakı BMT missiyasının tərkibini 8650-dən 9150 nəfərədək artırıb.

Xəbər verildiyi kimi, Kot-d’İvuarın paytaxtı Abican şəhərində dünən prezidentliyə iki namizəd – hazırkı dövlət başçısı Loran Qbaqbo və müxalifətçi, keçmiş baş nazir Alassan Uattarın tərəfdarları arasında qarşıdurmalar baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR