Bank Of Baku

Ancelina Coli Şükranlıq gününü qeyd etməkdən imtina edib

Ancelina Coli Şükranlıq gününü qeyd etməkdən imtina edib
# 25 noyabr 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Əksər amerikalılardan fərqli olaraq məşhur kinoaktrisa Ancelina Coli Şükranlıq gününü qeyd etməyəcək.

«Oskar», dvux premiy «Qızıl qlobus» və ABŞ kinoaktyorları gildiyasının mükafatlarının sahibəsinin bu bayramdan xoşu gəlmir və onu Amerika tarixinin çox da şərəfli olmayan bir dövrünün əksi hesab edir.

«Coli bu bayrama nifrət edir və amerikalıların çoxundan fərqli olaraq tarixə yalançı nəzərlərlə baxmaq istəmir. Şükranlıq gününü bayram etmək Amerikaya köçən ağların hinduların başına gətirdiklərinə haqq qazandırmaqdır. Bir mədəniyyətin digərini əzməsi Colinin üslubuna uyğun gəlmir», deyə onun dostlarından biri bildirib.

Söz-söhbətə səbəb olmamaq üçün aktrisa həyat yoldaşı Bred Pittlə bir yerdə bayram günlərində ABŞ-da olmamağa qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR