Bank Of Baku

Nikaraqua yaxınlığında 4,7 gücündə zəlzələ baş verib

Nikaraqua yaxınlığında 4,7 gücündə zəlzələ baş verib
# 26 noyabr 2010 04:40 (UTC +04:00)
Bakı-APA. Nikaraquanın Sakit Okean sahili yaxınlığında cümə günü rixter şkalası ilə 4,7 gücündə zəlzələ baş verib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
ABŞ Geoloji Agentliyi bildirib ki, zəlzələnin mərkəzi paytaxt Manaquadan 80 kilometr cənubunda və yer sətinin 107 kilometr dərinliyində yerləşir.
Nikaraqua Mərkəzi Amerikanın seysmik cəhətdən ən aktiv bölgələrindəndir. 1931 və 1972-ci ildə iki güclü zəlzələ tamamilə Manaquanı məhv etmişdi. 1992-ci ildə Sakit Okeanda 7.1 gücündə zəlzələ böyük dalğanın yaranmasına və Nikaraquanın qərb sahillərinə aşmasına səbəb olmuşdu. Nəticədə 145 nəfər həlak olmuş, onlarca balıqçı kəndi həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR