Bank Of Baku

Rio-de-Janeyroda ölənlərin sayı 34 nəfərə çatıb

Rio-de-Janeyroda ölənlərin sayı 34 nəfərə çatıb
# 27 noyabr 2010 01:51 (UTC +04:00)
Bakı-APA. Rio-de-Janeyroda hüquq-mühafizə orqanları və quldurların qarşıdurması nəticəsində ölənlərin sayı 34-ə çatıb. Bu barədə yerli polis məlumat verib.

Polislər şəhərin şimalındakı «Vila Kruzeyru» favellalar (xarabalıqlar, kasıb məhəllələr, gecəqondular) kompleksini ölkə tarixində ilk dəfə olaraq ələ keçirə biliblər. Bura ənənəvi olaraq narkotik alverçilərinin qalası sayılır.

Münaqişə nəticəsində 5 nəfər, o cümlədən, Reyter agentliyinin fotoqrafı, Braziliya ordusunun əsgəri, yaşlı qadın və 3 yaşlı uşaq yaralanıblar.

Artıq polislərə ordunun hərbi-desant briqadasının 800 əsgəri də qoşulub. Hökumət 2014-cü ildə keçiriləcək dünya çempionatı öncəsi şəhərdə kriminogen duruma nəzarəti ələ almaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR