Bank Of Baku

Ekvador və Kolumbiya diplomatik münasibətləri bərpa edirlər

Ekvador və Kolumbiya diplomatik münasibətləri bərpa edirlər
# 27 noyabr 2010 03:52 (UTC +04:00)
Bakı-APA. Ekvador və Kolumbiya diplomatik münasibətləri tam həcmdə bərpa etmək barədə razılığa gəliblər. Müvafiq qərar iki ölkə prezidentləri Xuan Manuel Santos və Rafael Korreanın görüşündə qəbul olunub.

Prezidentlərin bəyanatında bildirilir ki, Boqota və Kito milad bayramından əvvəl səfir mübadiləsi etmək fikrindədirlər.

İki Cənubi Amerika ölkəsi arasında münasibətlər 2008-ci ilin martında Kolumbiya HHQ-nin Ekvador ərazisinə hücum etməsindən sonra korlanıb. Hücumda məqsəd həmin ərazidə yerləşən Kolumbiya İnqilabi silahlı qüvvələrinin düşərgəsini bombalamaq olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR