Bank Of Baku

Meksikada oğurlanmış tanınmış siyasətçi sərbəst buraxılıb

Meksikada oğurlanmış tanınmış siyasətçi sərbəst buraxılıb
# 27 noyabr 2010 15:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu ilin əvvəlində mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanan Meksika prezidentliyinə sabiq namizəd sərbəst buraxılıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin mayında oğurlanan tanınmış meksikalı siyasətçi Dieqo Fernandes de Sevalos (Diego Fernandez de Cevallos) artıq təhlükəsiz yerdədir. Sevalosun azad edilməsinin təfərrüatları barədə açıqlanma verilmir. Yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Məlumatda o da qeyd olunub ki, Sevalosun oğurlanması ilə bağlı xəbərlər yayıldıqdan sonra onun öldürüldüyü barədə informasiyalara da rast gəlinirdi. Bu ilin oktyabrında isə yerli qəzetlərdən biri keçmiş prezidentliyə namizədin azad edilməsi müqabilində 20 mln. ABŞ dolları məbləğində pulun cinayətkarlara verildiyi barədə yazı dərc edib.

Ailəsinə yaxın olan şəxslərin isə dediyinə görə, hazırda Sevalosun səhhətində problemlər var və keçmiş prezidentliyə namizəd özünü rahatsız hiss edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR