Bank Of Baku

Wikileaks ABŞ hökumətinə məxsus milyonlarla məxfi sənədi açıqlamağı planlaşdırır

Wikileaks ABŞ hökumətinə məxsus milyonlarla məxfi sənədi açıqlamağı planlaşdırır
# 28 noyabr 2010 00:38 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Wikileaks vebsaytının milyonlarla məxfi və potensial olaraq rüsvayedici xarakter daşıyan diplomatik teleqramları açıqlaması ərəfəsində bir neçə ölkənin rəhbərlikləri ilə təmas qurub.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi P. Krouli Hillari Klintonun Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya, Fransa və Əfqanıstan liderləri ilə əlaqə saxladığını xəbər verib. Yüksək rütbəli İsrail rəsmisinə istinad edən Haaretz qəzeti teleqramlar sırasında ABŞ-ın Tel Əvivdəki səfirliyindən göndərilmiş məxfi sənədlərin yer aldığını yazır. Londonda qərargahlanan Əl-Hayat qəzeti bildirir ki, açıqlanan sənədlər ABŞ-ın PKK-ya dəstək verdiyini göstərəcək. Wikileaks-in sənədləri nə vaxt ictimaiyyətə açıqlayacağı bəlli deyil. Vebsayt Twitter vasitəsilə 3 milyon sənədi yaxın günlərdə dərc etməyi planlaşdırdığını xəbər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR